XƏBƏRLƏR

"Ground Technical Support" MMC yerli şirkətlərlə əməkdaşlığı genişləndirir. - Foto

19 Jul 202413:57
"Ground Technical Support" MMC yerli şirkətlərlə əməkdaşlığı genişləndirir. - Foto
“Ground Technical Support” MMC texnika nümunələrinə xidmətlərin göstərilməsi sahəsində imkanlarını artırmaq üzrə fəaliyyətlərini davam etdirir. Həyata keçirilən fəaliyyətlərin məntiqi davamı olaraq modernləşdiriləcək texnika nümunələrinin üzərinə yerləşdiriləcək xüsusi avadanlığın quraşdırma dəstlərinin istehsalı üçün yerli “AzeriSteel” MMC ilə danışıqlar aparılmışdır. Məhsuldar danışıqlar nəticəsində qarşılıqlı razılaşmalar əldə edilərək, 19 iyul 2024-cü il tarixində “Ground Technical Support” MMC-nin direktoru cənab Emin Mahmudov və “AzeriSteel” MMC-nin direktoru cənab Aqşin Sucayev quraşdırma dəstlərinin istehsalı və onların tədarükü barədə əməkdaşlıq müqaviləsini imzalamışlar.

Digər xəbərlər