XƏBƏRLƏR

"Ground Technical Support" MMC ADEX 2024-də iştirak edir

30 Sep 20247:46
"Ground Technical Support" MMC ADEX 2024-də iştirak edir

24-26.09.2024-cü il tarixlərində Bakı şəhərində ADEX 2024 5-ci Yubiley Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi keçirilmişdir. Bu sərgidə “Ground Technical Support” MMC də öz stendi ilə iştirak etmişdir.

Üç günlük sərgi ərzində “Ground Technical Support” MMC rəhbərliyi çoxsaylı işgüzar görüşlər keçirmişdir. Bunların sırasına Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi-Texniki Təchizat Baş İdarəsinin, Raket Qoşunları və Artilleriya Baş İdarəsinin, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının, Qırğızıstan Respublikası Müdafiə Nazirliyinin Silahlnadırma İdarəsinin rəhbərlikləri ilə, Əlcəzair Xalq Demokratik Respublikası Müdafiə Nazirliyinin nümayəndə heyəti ilə, Türkiyənin “Otokar” və STM, İsrailin “Elbit Systems Land” və “Rafael”, Bolqarıstan Respublikasının “Terem Holdinq” şirkətlərinin nümayəndələri ilə keçirilmiş məhsuldar görüşlər daxildir. 

Müxtəlif ölkələrin güc strukturları ilə keçirilmiş görüşlərdə “Ground Technical Support” MMC Quru Qoşunları üçün nəzərdə tutulmuş silah və döyüş texnikalarının servis xidməti, təmiri və modernləşdirilməsi üzrə imkan və bacarıqları haqqında ətraflı məlumat vermişdir. Bu zaman qarşı tərəfin maraqlarına uyğun olaraq, yedəyə alınan və özüyeriyən artilleriya sistemlərinin əsaslı təmiri, BM-21 “Qrad” YARS əsaslı təmir olunmaqla modernləşdirilməsi, T-55 tanklarının tam modernləşdirilməsi, BMP-2 piyadanın döyüş maşınlarının, T-72 tanklarının, “Cobra” və “Cobra II” zirehli avtomobillərinin təmiri və servis xidmətləri müzakirə olunmuşdur.

Digər xəbərlər