XƏBƏRLƏR

"Ground Technical Support" MMC ilə "Automatica Engineering & Technology E.M.A.R Ltd" şirkəti arasında əməkdaşlıq haqqında müqavilə imzalandı - Foto

19 Jul 202413:50
"Ground Technical Support" MMC ilə "Automatica Engineering & Technology E.M.A.R Ltd" şirkəti arasında əməkdaşlıq haqqında müqavilə imzalandı - Foto
“Ground Technical Support” MMC digər hərbi texnika nümunələri ilə yanaşı zirehli transportyorların servis xidməti, təmiri və modernləşdirilməsi üzrə imkanlarını artırır və özünün xarici əlaqələrini genişləndirir. Bu istiqamətdə zəruri araşdırma işləri yerinə yetirilmiş, həmçinin zirehli transportyorların modernləşdirilməsi məqsədi ilə İsrailin “Automatica Engineering & Technology E.M.A.R Ltd” şirkəti ilə danışıqlar aparılmışdır. ‎ ‎ ‎ ‎ ‎ ‎ ‎ ‎ ‎ ‎ ‎ ‎ ‎ ‎ ‎ ‎ ‎ ‎ ‎ ‎ ‎ ‎ ‎ ‎ ‎ ‎ ‎ ‎ ‎ ‎ ‎ ‎ ‎ ‎ ‎ ‎ ‎ ‎ ‎ ‎ ‎ ‎ ‎ ‎ ‎ ‎ ‎ ‎ ‎ ‎ ‎ ‎ ‎ ‎ ‎ ‎ ‎ ‎ ‎ ‎ ‎ ‎ ‎ ‎ ‎ ‎ ‎ ‎ ‎ ‎ ‎ ‎ ‎ ‎ ‎ ‎ ‎ ‎ ‎ ‎ ‎ ‎ ‎ ‎ ‎ ‎‎ Uzunmüddətli danışıqların uğurlu nəticəsi olaraq, 16 iyul 2024-cü il tarixində, “Ground Technical Support” MMC-nin direktoru cənab Emin Mahmudov və “Automatica Engineering & Technology E.M.A.R Ltd” şirkətinin İdarəedici direktoru cənab Ronni Aizenstein zirehli transportyorların modernləşdirilməsi məqsədi ilə quraşdırma dəstlərinin hazırlanması və onların texnikaların üzərinə quraşdırılması barədə əməkdaşlıq müqaviləsini imzalamışlar.

Digər xəbərlər