XƏBƏRLƏR

ADEX 2024 5-ci Yubiley Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi çərçivəsində Pakistan İslam Respublikası Müdafiə Nazirliyinə bağlı “Heavy Industries Taxila” (HIT) şirkətinin rəhbərliyinin təşəbbüsü ilə “Ground Technical Support” (GTS) şirkəti ilə işgüzar görüş keçirilmişdir.

30 Sep 20245:30
ADEX 2024 5-ci Yubiley Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi çərçivəsində Pakistan İslam Respublikası Müdafiə Nazirliyinə bağlı “Heavy Industries Taxila” (HIT) şirkətinin rəhbərliyinin təşəbbüsü ilə “Ground Technical Support” (GTS) şirkəti ilə işgüzar görüş keçirilmişdir.

24-26.09.2024-cü il tarixlərində Bakı şəhərində baş tutmuş ADEX 2024 5-ci Yubiley Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi çərçivəsində Pakistan İslam Respublikası Müdafiə Nazirliyinə bağlı “Heavy Industries Taxila” (HIT) şirkətinin rəhbərliyinin təşəbbüsü ilə “Ground Technical Support” (GTS) şirkəti ilə işgüzar görüş keçirilmişdir.

Görüşdə HIT şirkətinin idarə heyətinin sədri cənab general-leytenant Şakir Ullah Xattar müəssisənin fəaliyyəti, onun Pakistan Ordusundakı rolu, həmçinin istehsal etdikləri məhsullar və perspektiv əməkdaşlıq sahələri barədə məlumat vermişdir. Eyni zamanda, GTS şirkətinin direktoru cənab Emin Mahmudov şirkətin fəaliyyət sahələri, həyata keçirdiyi layihələr, hərbi texnikaların təmiri və modernləşdirilməsi üzrə imkanları haqqında ətraflı məlumatı qarşı tərəfin diqqətinə çatdırmışdır. Sonra hər iki şirkətin rəhbərliyi gələcək əməkdaşlıq perspektivlərini müzakirə etmişdir.

Görüş ərzində general-leytenant Şakir Ullah Xattar GTS rəhbərliyini 19-22.11.2024-cü il tarixində Karaçi şəhərində keçiriləcək IDEAS 2024 Beynəlxalq Müdafiə Sərgisini ziyarət etmək, habelə həmin müddətdə HIT istehsal gücü ilə tanış olmaq üçün Pakistana dəvət etmişdir. Bu dəvət GTS  rəhbərliyi tərəfindən müsbət qarşılanmışdır. Görüş qarşılıqlı xatirə hədiyyələrinin təqdim olunması ilə başa çatıb.

Bundan başqa, görüşün növbəti günü HIT şirkətinin nümayəndə heyəti güc və imkanlarla tanış olmaq məqsədi ilə GTS şirkətinin istehsalat müəssisəsini ziyarət etmiş, şahidi olduqları mövcud vəziyyətdən çox məmnun qalmışlar. 

Digər xəbərlər